- İngiltərə P.L.
- 23:11 16.05.2026
İngiltərə Kubokunun finalında qələbə qazanan “Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Antuan Semenyo qarşılaşmadan sonra fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "TNT Sports" futbolçunun dediklərini belə çatdırıb.
“Qol? Sadəcə improvizasiya etməyə çalışdım. Topun qapıya girəcəyini bilmirdim, amma improvizə etdim. Məşqlərdə belə zərbələri xüsusi olaraq çalışmıram, amma bəzən belə şeylər olur.
Qvardiola? O, dəlidir. O, dəlidir! Biz hamımız onu sevirik”, - deyə Semenyo TNT Sports-a açıqlamasında bildirib.
Məhz Semenyo “Uembli” stadionunda keçirilən final matçında yeganə qola imza atıb. Futbolçu qolunu gözəl arxa daban zərbəsi ilə vurub.
Qeyd edək ki, “Mançester Siti” növbəti oyununu 19 may çərşənbə axşamı keçirəcək. Xosep Qvardiolanın komandası səfərdə “Bornmut”la qarşılaşacaq.