- İngiltərə P.L.
- 23:11 16.05.2026
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva İngiltərə Kubokunun finalında “Çelsi” üzərində 1:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "BBC One" futbolçunun dediklərini belə çatdırıb.
“Bu, çox xüsusi bir andır. Həqiqətən xoşbəxtəm. “Mançester Siti”də keçirdiyim bütün yol fantastik olub. Ümid edirəm ki, Premyer Liqa uğrunda kiçik arzumuz üçün də mübarizə apara biləcəyik. Bu gün çox sevincliyik.
Mənim üçün bu, xüsusilə önəmlidir, çünki klubdakı son mövsümdür və daha bir kubok qazanmağa kömək etdim. Ümid edirəm ki, sonuncu deyil.
Bura gəldiyim gündən bu, artıq 20-ci titulumdur, bu da pis deyil. Finalda favorit olmur. “Çelsi” ikinci hissəyə çox yaxşı başladı və bizə təzyiq göstərdi, ona görə də asan olmadı”
Qeyd edək ki, “Mançester Siti” hazırda İngiltərə Premyer Liqasında ikinci pillədə qərarlaşıb və lider “Arsenal”dan iki xal geri qalır.