17 may 2026. Bazar günü

“Mançester Yunayted”dən çətin qələbə


“Mançester Yunayted”dən çətin qələbə

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 37-ci turunda “Mançester Yunayted” ilə “Nottingem Forest” arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Mançester şəhərində yerləşən “Old Trafford” stadionunda oynanılan görüşdə baş hakim Maykl Solsberi olub. Meydan sahibləri rəqib üzərində 3:2 hesablı qələbə qazanıblar.

Oyunda hesab 5-ci dəqiqədə açılıb. “Mançester Yunayted”in müdafiəçisi Lyuk Şou komandasını önə keçirib. Qonaqlar 53-cü dəqiqədə Moratonun qolu ilə hesabı bərabərləşdiriblər. Bundan iki dəqiqə sonra hücumçu Mateus Kunya yenidən meydan sahiblərini hesabda irəli çıxarıb.

76-cı dəqiqədə Brayan Mbeumo “Nottingem Forest”in qapısına üçüncü qolu vurub. Qonaq komanda isə iki dəqiqə sonra Morqan Gibbs-Uaytın dəqiq zərbəsi ilə fərqi minimuma endirib.

İngiltərə çempionatında 37 turdan sonra “Mançester Yunayted” 68 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Nottingem Forest” isə 43 xalla 16-cı sırada yer alıb.

Çempionatın sonuncu – 38-ci turunda Maykl Kerrikin komandası səfərdə “Brayton”la qarşılaşacaq. Vitor Pereyranın rəhbərlik etdiyi kollektiv isə doğma meydanda “Bornmut”u qəbul edəcək.

İngiltərə Premyer Liqasının son turun bütün oyunları mayın 24-də keçiriləcək.







İngiltərə P.L.

Xabi Alonso rəsmən “Çelsi”də
  • İngiltərə P.L.
  • 23:04 17.05.2026
Xabi Alonso rəsmən “Çelsi”də
Qvardiola “Mançester Siti”dən ayrılır
  • İngiltərə P.L.
  • 22:18 17.05.2026
Qvardiola “Mançester Siti”dən ayrılır
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 22:11 17.05.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Qvardiola dəlidir, hamımız onu sevirik”
  • İngiltərə P.L.
  • 23:09 16.05.2026
“Qvardiola dəlidir, hamımız onu sevirik”