17 may 2026. Bazar günü

Bruno Fernandeş Premyer Liqada rekorda şərik oldu


Bruno Fernandeş Premyer Liqada rekorda şərik oldu

“Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Bruno Fernandeş İngiltərə Premyer Liqasının bir mövsümündə ən çox məhsuldar ötürmə rekorduna şərik çıxıb.

90deqiqe.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının 37-ci turunda “Nottingem Forest”lə oyunda portuqaliyalı futbolçu cari mövsümdə 20-ci qol ötürməsini edib və bu göstəriciyə çatıb.

Bundan əvvəl eyni nəticə 2002/2003 mövsümündə “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri və 2019/2020 mövsümündə “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Kevin De Bröyne tərəfindən qeydə alınıb.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqanın 38-ci turunda “Brayton”la qarşılaşacaq. Görüş mayın 24-də keçiriləcək və Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Bruno Fernandeş 2020-ci ilin yanvarından “Mançester Yunayted”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.







İngiltərə P.L.

Xabi Alonso rəsmən “Çelsi”də
  • İngiltərə P.L.
  • 23:04 17.05.2026
Xabi Alonso rəsmən “Çelsi”də
Qvardiola “Mançester Siti”dən ayrılır
  • İngiltərə P.L.
  • 22:18 17.05.2026
Qvardiola “Mançester Siti”dən ayrılır
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 22:11 17.05.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Qvardiola dəlidir, hamımız onu sevirik”
  • İngiltərə P.L.
  • 23:09 16.05.2026
“Qvardiola dəlidir, hamımız onu sevirik”