17 may 2026. Bazar günü

Qvardiola “Mançester Siti”dən ayrılır


Qvardiola “Mançester Siti”dən ayrılır

“Mançester Siti” klubunda baş məşqçi Xosep Qvardiolanın mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı ciddi iddialar ortaya çıxıb.

90deqiqe.Az-ın “Daily Mail”ə istinadən məlumatına görə, müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulsa da, ispan mütəxəssis bir neçə həftə əvvəl ayrılmaq qərarını verib. 

Mənbənin məlumatına görə, klub daxilində Qvardiolanın gedişinin rəsmi açıqlamasının yaxın günlərdə elan olunacağı gözlənilir.

Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda cari mövsümdə İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

İngiltərə Premyer Liqasında 36 turdan sonra “Mançester Siti” 77 xalla ikinci pillədə qərarlaşıb və lider "Arsenal"dan cəmi iki xal geri qalır. Hər iki komandanın çempionatda daha iki oyunu qalıb.







İngiltərə P.L.

Xabi Alonso rəsmən “Çelsi”də
  • İngiltərə P.L.
  • 23:04 17.05.2026
Xabi Alonso rəsmən “Çelsi”də
Qvardiola “Mançester Siti”dən ayrılır
  • İngiltərə P.L.
  • 22:18 17.05.2026
Qvardiola “Mançester Siti”dən ayrılır
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 22:11 17.05.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Qvardiola dəlidir, hamımız onu sevirik”
  • İngiltərə P.L.
  • 23:09 16.05.2026
“Qvardiola dəlidir, hamımız onu sevirik”