- İngiltərə P.L.
- 23:27 17.05.2026
İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində “Everton” evdə “Sanderlend”i qəbul edib.
90deqiqe.Az xəbər verir ki, görüşün ilk hissəsi qolsuz keçsə də, fasiləyə qədər meydan sahibləri hesabı açmağı bacarıb. Maykl Kin’in ötürməsindən sonra Merlın Röl fərqlənib.
İkinci hissədə qonaqlar 59-cu dəqiqədə hesabı bərabərləşdiriblər. Brajan Brobbi Enzo Le Fenin ötürməsindən sonra dəqiq zərbə ilə fərqlənib.
Ardınca “Sanderlend” üstünlüyü ələ alıb və Enzo Le Fe növbəti qolu vurub. Görüşün əsas vaxtına əlavə edilən dəqiqələrdə Uilson İzidor yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra “Sanderlend” 51 xalla turnir cədvəlində 9-cu pilləyə yüksəlib. “Everton” isə 49 xalla 11-ci yerdə qərarlaşıb.