18 iyul 2026. Şənbə

Xabi Alonso rəsmən “Çelsi”də


Xabi Alonso rəsmən “Çelsi”də

“Çelsi” klubu Xabi Alonsonun komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis 1 iyuldan etibarən vəzifəsinin icrasına başlayacaq. Onunla 4 illik müqavilə imzalanıb.

 44 yaşlı mütəxəssis “menecer” səlahiyyətləri ilə çalışacaq ki, bu da adi baş məşqçi vəzifəsindən daha geniş idarəetmə imkanları deməkdir.

Klubun bəyanatında bildirilir:

“Onun təyinatı klubun geniş təcrübəsinə, məşqçilik bacarığına, oyun fəlsəfəsinə, liderlik keyfiyyətlərinə, xarakterinə və peşəkarlığına olan inamı əks etdirir. Bu amillər ‘Çelsi’nin inkişafının növbəti mərhələsinə rəhbərlik üçün əsas rol oynayıb.”

Alonsonun son iş yeri Madridin “Real” klubu olub. O, bu komandaya 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər rəhbərlik edib.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi