18 may 2026. Bazar ertəsi

“Çelsi”ni zirvəyə qaytarmaq əsas məqsədimizdir"


“Çelsi”ni zirvəyə qaytarmaq əsas məqsədimizdir"

“Çelsi” klubunun yeni baş məşqçisi Xabi Alonso vəzifəyə təyinatı ilə bağlı fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

“Çelsi" dünya futbolunun ən böyük klublarından biridir və belə bir klubun baş məşqçisi olduğum üçün böyük qürur hissi keçirirəm.

Mən klub rəhbərliyi və sahibkarlarla danışıqlarım zamanı ortaq hədəflərimizin olduğunu anladım. Biz yüksək səviyyədə sabit çıxış edən və titullar uğrunda mübarizə aparan komanda qurmaq istəyirik.

Komandada çoxlu istedadlı futbolçular var və klubun böyük potensialı mövcuddur. Bu kluba rəhbərlik etmək mənim üçün böyük şərəfdir. Hazırda əsas məqsədimiz ciddi iş, düzgün futbol mədəniyyətinin formalaşdırılması və titulların qazanılmasıdır.”

Qeyd edək ki, ispan mütəxəssislə 4 illik müqavilə imzalanıb.







İngiltərə P.L.

Xabi Alonso rəsmən “Çelsi”də
  • İngiltərə P.L.
  • 23:04 17.05.2026
Xabi Alonso rəsmən “Çelsi”də
Qvardiola “Mançester Siti”dən ayrılır
  • İngiltərə P.L.
  • 22:18 17.05.2026
Qvardiola “Mançester Siti”dən ayrılır
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 22:11 17.05.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Qvardiola dəlidir, hamımız onu sevirik”
  • İngiltərə P.L.
  • 23:09 16.05.2026
“Qvardiola dəlidir, hamımız onu sevirik”