18 may 2026. Bazar ertəsi

Solanke “Çelsi” ilə oyunu buraxacaq”


Solanke “Çelsi” ilə oyunu buraxacaq”

“Tottenhem”in hücumçusu Dominik Solanke İngiltərə Premyer Liqasının 19 mayda keçiriləcək 37-ci turunda “Çelsi”yə qarşı oyunu buraxacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Roberto De Zerbi jurnalistlərə açıqlamasında bildirib.

“Həkimlər heyəti onun vəziyyətini riskə atmaq istəmir. O hələ də narahatlıq hiss edir. Ümid edirik ki, bazar gününə qədər ən azı oyunun bir hissəsində iştirak edə biləcək”, - deyə baş məşqçi “The Sun”a açıqlamasında bildirib.

Hücumçu budun arxa əzələsindəki zədədən bərpa prosesini davam etdirir.

Gözlənilir ki, Solanke mövsümün son turunda “Everton”a qarşı oyunun iştirak ərizəsinə daxil edilə bilər. Bu qarşılaşma “Tottenhem” üçün Premyer Liqada yerini qoruma baxımından həlledici ola bilər.

“Bornmut”dan transfer olunduqdan sonra hücumçu komandanın Avropa Liqasının finalına yüksəlməsində mühüm qollara imza atıb. Cari mövsümdə tez-tez zədələrlə üzləşməsinə baxmayaraq, o, “Tottenhem”in hücum xəttinin əsas fiqurlarından biri olaraq qalır.







İngiltərə P.L.

“Onu stadiona belə buraxmazdım””
  • İngiltərə P.L.
  • 23:33 18.05.2026
“Onu stadiona belə buraxmazdım””
Solanke “Çelsi” ilə oyunu buraxacaq”
  • İngiltərə P.L.
  • 23:03 18.05.2026
Solanke “Çelsi” ilə oyunu buraxacaq”
Xabi Alonso rəsmən “Çelsi”də
  • İngiltərə P.L.
  • 23:04 17.05.2026
Xabi Alonso rəsmən “Çelsi”də
Qvardiola “Mançester Siti”dən ayrılır
  • İngiltərə P.L.
  • 22:18 17.05.2026
Qvardiola “Mançester Siti”dən ayrılır
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 22:11 17.05.2026
“Mançester Yunayted”dən çətin qələbə