- İngiltərə P.L.
- 00:00 19.05.2026
Özbəkistanlı müdafiəçi Əbdüqodir Xusanov “Mançester Siti”də mövsümün ən yaxşı futbolçusu adına namizəd göstərilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xusanov mükafat uğrunda yarımmüdafiəçi Jeremi Doku və müdafiəçi Niko O’Rayli ilə rəqabət aparır. Cari mövsümün İngiltərə Premyer Liqasında ən yaxşı bombardiri Erlinq Haland isə siyahıya daxil edilməyib.
Futbolçu bu mövsüm iki dəfə — yanvar və mart aylarında klubda ayın ən yaxşı oyunçusu seçilib. O, cari mövsümdə “Mançester Siti”nin heyətində 36 oyuna çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.
Xatırladaq ki, 20 yanvar 2025-ci ildə Əbdüqodir Xusanov rəsmi olaraq “Mançester Siti”yə transfer olunub və 2029-cu ilin iyun ayına qədər müqavilə imzalayıb. O, İngiltərə klubuna Fransanın “Lans” komandasından keçib.