- İngiltərə P.L.
- 00:00 19.05.2026
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 38-ci turunda “Aston Villa”ya qarşı keçiriləcək 24 maydakı matçdan sonra klubdan ayrılacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, Qvardiolanın gedişi ilə bağlı rəsmi açıqlamanın bazar günü — 24 mayda verilməsi gözlənilir. 25 mayda isə onun İngiltərə futboluna töhfəsinə həsr olunmuş açıq avtobus paradı planlaşdırılıb.
Mütəxəssisin müqaviləsində daha bir il qalsa da, onun klubda başqa vəzifədə qalma ehtimalı da istisna edilmir. Qvardiolanın mümkün əvəzləyiciləri kimi “Çelsi”nin sabiq baş məşqçisi Enzo Mareska və “Bavariya”nın çalışdırıcısı Vensan Kompani göstərilir.
“Mançester Siti” hazırda Premyer Liqa çempionluğu uğrunda “Arsenal”la mübarizə aparır. “Topçular” 79 xalla turnir cədvəlinə başçılıq edir, “şəhərlilər” isə iki xal geri qalır.
Xatırladaq ki, 16 mayda Qvardiolanın komandası “Çelsi”ni 1:0 hesabı ilə məğlub edərək İngiltərə Kubokunu qazanıb.