18 iyul 2026. Şənbə

“Vest Hem” düşərsə, böyük satış dalğası başlayacaq


“Vest Hem” düşərsə, böyük satış dalğası başlayacaq

“Vest Hem” klubu mövsümün sonunda İngiltərə Premyer Liqasından düşəcəyi təqdirdə futbolçularını təxminən 100 milyon funt sterlinq (115 milyon avro) dəyərində satmalı olacaq.

 90deqiqe.Az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Bildirilib ki, bu addım klubun maliyyə sabitliyini qorumaq və maliyyə qaydalarını pozmamaq üçün zəruri olacaq.

Qeyd edək ki, hazırda “Vest Hem” turnir cədvəlində 18-ci yerdə qərarlaşıb və 17-ci pillədəki “Tottenhem”dən iki xal geri qalır. London klubunun mövsümdə bir oyunu qalıb, “Tottenhem”in isə iki matçı var.

Əgər “Tottenhem” çərşənbə axşamı “Çelsi”ni məğlub edərsə, “Vest Hem”in elitada qalmaq şansını erkən itirməsinə səbəb olacaq.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi