19 may 2026. Çərşənbə axşamı

“Növbəti mövsüm Premyer Liqa tamamilə qeyri-müəyyən olacaq”


“Növbəti mövsüm Premyer Liqa tamamilə qeyri-müəyyən olacaq”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi İngiltərə Premyer Liqasının növbəti mövsümü ilə bağlı gözləntilərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, o bildirib ki, qarşıdakı mövsüm çox gərgin və maraqlı keçəcək:

“Gələn mövsüm Premyer Liqa çox gərgin olacaq. Aydındır ki, ‘Mançester Siti’də yeni məşqçi olacaq, ‘Çelsi’ də yeni baş məşqçi təyin edib. ‘Mançester Yunayted’ və ‘Liverpul’ da potensial olaraq yeni məşqçilərlə çıxış edə bilər. Buna görə də növbəti mövsüm tamamilə qeyri-müəyyən olacaq. Çempionluğun kimə gedəcəyini görmək maraqlı olacaq”

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinə 82 xalla “Arsenal” başçılıq edir. “Topçular” ikinci yerdəki “Mançester Siti”ni 5 xal qabaqlayır, lakin “şəhərlilər”in bir oyun azı var.







İngiltərə P.L.

Qvardiolanı Marseska əvəz edə bilər
  • İngiltərə P.L.
  • 22:08 19.05.2026
Qvardiolanı Marseska əvəz edə bilər
Qvardiola “Mançester Siti”dən ayrılır
  • İngiltərə P.L.
  • 00:00 19.05.2026
Qvardiola “Mançester Siti”dən ayrılır
“Onu stadiona belə buraxmazdım””
  • İngiltərə P.L.
  • 23:33 18.05.2026
“Onu stadiona belə buraxmazdım””