- İngiltərə P.L.
- 00:36 20.05.2026
İngiltərə millisinin sabiq kapitanı Ueyn Runi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı “Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı Aleks Ferqyusonla müqayisə edib.
90deqiqe.Az xəbər verir ki, Runinin sözlərinə görə, Ferqyuson bütün zamanların ən böyük məşqçisidir, lakin Qvardiola öz dövründə açıq ara ilə ən yaxşı mütəxəssisdir.
“Ferqyusonla bağlı çox müqayisələr görmüşəm. Mənim üçün Ferqyuson bütün zamanların ən böyük məşqçisidir, amma Pep öz dövründə şübhəsiz ki, açıq ara ilə ən yaxşısıdır”, – deyə Runi BBC-də çıxışı zamanı bildirib.
Qeyd edək ki, Qvardiolanın mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı gözlənilir. İspan mütəxəssis komanda ilə işlədiyi müddətdə 20 kubok qazanıb, o cümlədən 6 çempionluq və Çempionlar Liqası titulu əldə edib.
Runi həmçinin vurğulayıb ki, Ferqyusonun “Mançester Yunayted”dəki 26 illik fəaliyyəti unikal nailiyyətdir:
“Hamı Qvardiolanın bir klubda 10 il işləməsindən danışır. Amma Ferqyuson ‘Yunayted’də 26 il çalışıb. Bu müddəti düşünəndə bu, sadəcə heyrətamizdir”.
O, məşqçilərin birbaşa müqayisəsinin çətin olduğunu da əlavə edib:
“Ferqyuson ‘Yunayted’ə gələndə klub tam fərqli vəziyyətdə idi. O, komandayı sıfırdan qurub zirvəyə qaytardı. Pep isə belə bir başlanğıc etməyib”.
Bununla yanaşı, Runi Qvardiolanın İngiltərə futboluna təsirini yüksək qiymətləndirib:
“O, İngiltərə futbolunun simasını dəyişdi. Onun ideyaları bütün sistemə yayıldı. Qapıçıdan qısa ötürmələrlə oyun, topa nəzarət – bunların hamısı onun sayəsində normaya çevrildi”.
Məlumata görə, Qvardiolanın “Mançester Siti”dən sonra yerini Enso Marseskanın tutacağı gözlənilir.