20 may 2026. Çərşənbə

“Mançester Siti” səfərdə “Bornmut”la heç-heçə etdi


“Mançester Siti” səfərdə “Bornmut”la heç-heçə etdi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 37-ci turunda “Bornmut” və “Mançester Siti” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Bornmut şəhərində yerləşən “Vitali” stadionunda keçirilib. Görüşün baş hakimi Mançester şəhərindən olan Entoni Teylor olub. Matç 1:1 hesabı ilə başa çatıb.

40-cı dəqiqədə “Bornmut”un hücumçusu Eli Krupi komandasını önə çıxarıb. 90+5-ci dəqiqədə isə qonaqların hücumçusu Erlinq Haland bərabərlik qolunu vurub.

“Mançester Siti” İngiltərə çempionatında ikinci pillədə qərarlaşıb. Komandanın aktivində 37 oyundan sonra 78 xal var. “Arsenal”la xal fərqi bir tur qalmış 4-ə bərabərdir. Xosep Qvardiolanın komandası çempionluq şanslarını riyazi olaraq itirib. “Bornmut” isə 56 xalla turnir cədvəlinin 6-cı yerində qərarlaşıb.







İngiltərə P.L.

Qvardiolanı Marseska əvəz edə bilər
  • İngiltərə P.L.
  • 22:08 19.05.2026
Qvardiolanı Marseska əvəz edə bilər