14 iyul 2026. Çərşənbə axşamı

“Arsenal” 22 illik fasilədən sonra İngiltərə çempionu olub


“Arsenal” 22 illik fasilədən sonra İngiltərə çempionu olub

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümündə çempion müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, “Arsenal” 37-ci turda “Mançester Siti”nin “Bornmut”la 1:1 hesablı heç-heçəsindən sonra rəsmən İngiltərə çempionu olub.

London təmsilçisi son turdan bir oyun əvvəl 82 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” isə 78 xalla ikinci pillədə qərarlaşıb və çempionluq şanslarını riyazi olaraq itirib.

Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” cari mövsümdə 37 oyunda 25 qələbə qazanıb, 7 dəfə heç-heçə edib, 5 dəfə isə məğlub olub. Komanda mövsümün son, 38-ci turunda “Kristal Pelas”la qarşılaşacaq. Görüş 24 mayda Londonda, “Selherst Park” stadionunda keçiriləcək.

Qeyd edək ki, “Arsenal” sonuncu dəfə 2003/2004 mövsümündə İngiltərə çempionu olmuşdu.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"