- İngiltərə P.L.
- 01:14 20.05.2026
İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 37-ci turunda London derbisi baş tutub.
90deqiqe.Az xəbər verir ki, “Çelsi” öz meydanında “Tottenhem”i qəbul edib. Görüş Londonun “Stemford Bric” stadionunda keçirilib. Matçın baş hakimi Stüart Atuell (Nunaton) olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
18-ci dəqiqədə “Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandes hesabı açıb. 67-ci dəqiqədə Andrey Santos fərqi iki topa çatdırıb. 74-cü dəqiqədə qonaqların hücumçusu Riçarlison fərqi azaldıb. Qalan dəqiqələrdə hesab dəyişməyib — 2:1.
“Çelsi” İngiltərə çempionatında 52 xalla 8-ci pillədə qərarlaşıb. “Tottenhem” isə 38 xalla 17-ci yerdədir və düşmə zonasından cəmi 2 xal irəlidədir.
Növbəti turda “Çelsi” səfərdə “Sanderlend”lə, “Tottenhem” isə evdə “Everton”la qarşılaşacaq. Premyer Liqanın son — 38-ci turunun bütün oyunları 24 mayda keçiriləcək və görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.