22 may 2026. Cümə

Salah “Liverpul”da aprel ayının ən yaxşı futbolçusu seçildi


Salah “Liverpul”da aprel ayının ən yaxşı futbolçusu seçildi

“Liverpul” klubu azarkeşlər arasında keçirilən səsvermənin nəticələrini açıqlayıb.

 90deqiqe.Az xəbər verir ki, səsvermənin qalibi komandanın cinah hücumçusu Məhəmməd Salah olub.

33 yaşlı misirli futbolçu aprel ayında bütün turnirlərdə 4 oyuna çıxıb. O, “Everton”la derbidə qol vurub, həmçinin “Fulhem”in qapısına yol tapıb. Bu mükafat Salah üçün cari mövsümdə ilk “ayın ən yaxşısı” seçimi olub.

Qeyd edək ki, futbolçu İngiltərə Premyer Liqasının cari mövsümü başa çatdıqdan sonra “Liverpul”dan ayrılacaq. O, Mersisayd klubunda 9 mövsüm çıxış edib.

Son tura bir oyun qalmış Arne Slotun komandası 59 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Sauthempton”un apellyasiyası rədd edildi
  • İngiltərə P.L.
  • 00:59 21.05.2026
“Sauthempton”un apellyasiyası rədd edildi