8 noyabr 2026. Bazar günü

Enso Fernandes "Mançester Siti"yə keçmək istəyir


Enso Fernandes "Mançester Siti"yə keçmək istəyir

“Çelsi”nin sabiq baş məşqçisi Enzo Mareska Xosep Qvardiolanı “Mançester Siti”də əvəz edə bilər.

90deqiqe.Az xəbər verir ki,bu barədə “Touchline” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, italiyalı mütəxəssis “Mançester Siti”yə keçəcəyi halda “Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandesin transferini həyata keçirmək istəyir. Məşqçi və futbolçu arasında artıq danışıqların aparıldığı qeyd olunur.

Argentinalı yarımmüdafiəçi Mareskanın yay üçün əsas transfer hədəfi hesab olunur. Futbolçunun özü də Çempionlar Liqasında çıxış etmək istədiyi üçün mümkün keçidə tam müsbət yanaşır.

Enso Fernandes 2023-cü ildə “Benfika”dan “Çelsi”yə 121 milyon avroya transfer olunub. Onun London klubu ilə müqaviləsi 2032-ci il iyunun 30-na qədər qüvvədədir.

Cari mövsümdə yarımmüdafiəçi “Çelsi”nin heyətində 53 oyuna çıxaraq 15 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”