- İngiltərə P.L.
- 23:22 23.05.2026
“Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra hücumçu Markus Reşfordun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Manchester United Forever" sabiq pilotçunun dediklərini belə çatdırıb.
“Şəxsi və bir qədər də egoist yanaşma ilə desəm, ‘Mançester Yunayted’ə qayıtma. Xoşbəxt olduğun yerdə qal. Bilirəm ki, Markusun qiyməti ‘Barselona’ üçün baha olacaq, amma onlar onun real dəyərindən aşağı məbləğ ödəyəcəklər”
Hazırda icarə əsasında “Barselona”da çıxış edən ingilis futbolçu “qırmızı şeytanlar”a qayıtmalı deyil.
Cari mövsümdə Reşford “Barselona”nın heyətində 48 oyuna çıxaraq 14 qol vurub və 14 məhsuldar ötürmə verib. Onun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci il iyunun 30-na qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.