- İngiltərə P.L.
- 23:22 23.05.2026
“Çelsi”nin kapitanı Ris Ceyms Xabi Alonsonun London klubunun baş məşqçisi təyin olunmasına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.
“Yeni təyinat. Xabi Alonso möhtəşəm bir məşqçidir. O, dünya səviyyəli futbolçu olub və çoxlu titullar qazanıb, biz isə onun gəlişindən məmnunuq. Düşünürəm ki, bu, ona çox kömək edir, çünki o, özü də ən yüksək səviyyədə futbolçu olub və qələbə üçün nəyin lazım olduğunu bilir. Hamı həyəcanlıdır”
Qeyd edək ki, “Çelsi” 17 may tarixində Xabi Alonsonun baş məşqçi təyin olunduğunu açıqlayıb. İspan mütəxəssis London klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.