23 may 2026. Şənbə

Bruno Fernandeş Premyer Liqada mövsümün ən yaxşı futbolçusu seçilib


Bruno Fernandeş Premyer Liqada mövsümün ən yaxşı futbolçusu seçilib

“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandeş İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Cari mövsümdə portuqaliyalı futbolçu 34 oyuna çıxaraq 8 qol vurub və 20 məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da o, Premyer Liqada bir mövsümdə ən çox assist göstəricisinə görə rekordu təkrarlayıb.

Fernandeshin klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, “Mançester Yunayted” çempionatın son turuna bir oyun qalmış 68 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və mövqeyini dəyişmək şansını itirib.

Komanda 38-ci turda səfərdə “Brayton”la qarşılaşacaq. Görüş 24 may tarixində keçiriləcək.







İngiltərə P.L.

“Çelsi”dəki gələcəyi sual altındadır
  • İngiltərə P.L.
  • 22:00 23.05.2026
“Çelsi”dəki gələcəyi sual altındadır
“O, mənim üçün sadəcə məşqçi deyil”
  • İngiltərə P.L.
  • 21:53 23.05.2026
“O, mənim üçün sadəcə məşqçi deyil”