9 iyul 2026. Cümə axşamı

"Bu, karyeramın ən çətin mövsümü idi"


"Bu, karyeramın ən çətin mövsümü idi"

“Liverpul”un kapitanı Vircil van Deyk İngiltərə Premyer Liqasının son turunda “Brentford”la 1:1 hesablı heç-heçədən sonra açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı futbolçu bildirib ki, bu nəticədə yeganə müsbət məqam avrokuboklara vəsiqədir:

“Bu, çətin mövsümdə əldə edə bildiyimiz minimumdur. İndi klubun əfsanələri ilə vidalaşacağıq və bütün diqqət bu məqama yönəlib”.

O əlavə edib: “İrəliləyirik, yalnız irəli. Bu, karyeramın ən çətin ili idi. Komanda olaraq bunu qəbul etmək və bu prosesdən keçmək asan olmadı. Amma biz ‘Liverpul’uk, biz həmişə belə vəziyyətlərdən daha güclü çıxırıq”.

Qeyd edək ki, bu nəticədən sonra “Liverpul” çempionluq titulunu qorumağı bacarmasa da, UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

“Liverpul” mövsümü 54 xalla 5-ci pillədə başa vurub.







İngiltərə P.L.

"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı