9 iyul 2026. Cümə axşamı

"Arsenal"ın çempionluğu böyük zəhmətin nəticəsidir”


"Arsenal"ın çempionluğu böyük zəhmətin nəticəsidir”

“Arsenal”ın kapitanı Martin Edeqor İngiltərə Premyer Liqasında mövsümün yekununu şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" futbolçunun dediklərini belə çatdırıb.

 “Düzünü desəm, bunu sözlə ifadə etmək çətindir. Bu, çox xüsusi bir an idi. Arxasında böyük zəhmət və çoxlu emosiyalar dayanır. Çox emosional, eyni zamanda möhtəşəm bir gün və inanılmaz nailiyyətdir”

“Şübhələr və uğursuzluq qorxusu həmişə olur, amma biz özümüzə inanırdıq. Mövsümün ən çətin anlarında belə birlikdə qalmağı bacardıq”.

“Bizim bu inamımız var idi. Sadəcə mübarizəni davam etdirdik və nəticədə məqsədimizə çatdıq. Bu, hər şeyi daha da xüsusi etdi”.

Son turda “Kristal Pelas”ı məğlub edən Mikel Artetanın komandası “Mançester Siti”ni 7 xal qabaqlayaraq çempionluğu rəsmiləşdirib.

“Arsenal” 22 ildən sonra ilk dəfə İngiltərə çempionu olub.







İngiltərə P.L.

"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı