12 iyul 2026. Bazar günü

Co Kol “Çelsi”yə Levandovski və Stounzu məsləhət gördü


Co Kol “Çelsi”yə Levandovski və Stounzu məsləhət gördü

“Çelsi”nin sabiq yarımmüdafiəçisi Co Kol London klubunun yay transfer dövründə hansı futbolçuları heyətə qatmalı olduğunu açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, o, “Football London”a verdiyi müsahibədə bildirib ki, hazırda “Çelsi”nin maliyyə vəziyyətinin necə olduğu dəqiq bilinmir, lakin hər zaman azad agent statusunda olan futbolçularla müqavilə bağlamaq mümkündür.

Keçmiş futbolçu qeyd edib ki, yayda Robert Levandovski və Con Stounz kimi təcrübəli oyunçuların transferi də nəzərdən keçirilə bilər. Onun sözlərinə görə, bu futbolçular hər oyunda tam 90 dəqiqə çıxış etməsələr də, qələbə mentalitetinə sahibdirlər.

“Onlar klub mədəniyyətinin nə olduğunu yaxşı bilirlər və həm meydanda, həm də paltardəyişmə otağında komandaya kömək edə bilərlər”, – deyə Co Kol əlavə edib.

Xatırladaq ki, “Çelsi” bu mövsüm İngiltərə çempionatını yalnız 10-cu pillədə başa vurub və növbəti mövsüm avrokuboklardan kənarda qalıb. London klubuna yeni baş məşqçi Xabi Alonso təyin olunub.







İngiltərə P.L.

Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı