- İngiltərə P.L.
- 22:15 29.05.2026
“Fulhem”in yarımmüdafiəçisi Harrison Ridin yanvarın 4-də “Liverpul”a qarşı keçirdiyi oyunda vurduğu qol İngiltərə Premyer Liqasında 2025/26 mövsümünün ən yaxşı qolu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
“Kreyven Kottec” stadionunda keçirilən qarşılaşma 2:2 hesablı döyüşkən heç-heçə ilə başa çatmışdı. Oyunun sonlarına yaxın ev sahibi komanda hesabda geri düşürdü və “Liverpul”un qələbəni əldən verməyəcəyi düşünülürdü.
Lakin Rid sol cinahda topu qəbul etdikdən sonra mərkəzə doğru hərəkət edib təxminən 25 metrdən möhtəşəm zərbə ilə topu rəqib qapısının sağ “doqquzluğ”una göndərib. Qapıçının bu zərbəni dəf etmək şansı olmayıb.
Mövsümün yekununa əsasən “Fulhem” Premyer Liqanı 11-ci pillədə başa vurub. “Liverpul” isə beşinci yeri tutsa da, Çempionlar Liqasına vəsiqə qazanıb.