14 iyul 2026. Çərşənbə axşamı

“Onun liderliyini hamı görür”


“Onun liderliyini hamı görür”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi komandanın hazırkı kapitanı Bruno Fernandeş barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "talkSPORT" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Bilirəm ki, məşqlərdə Bruno kapitan kimi etməli olduğu hər şeyi edir. O, başqalarına kömək etməyə çalışır, motivasiya verir. Kim nə deyirsə-desin, biz onun liderlik keyfiyyətlərini görürük. Fernandeş əla kapitanıdır. Ümid edirəm ki, heyətin gücləndirilməsi ilə bizi Premyer Liqada qələbəyə aparacaq.”

Qeyd edək ki, portuqaliyalı futbolçu geridə qalan mövsümdə yüksək performans göstərib və Premyer Liqanın ən yaxşı oyunçusu seçilib. O, həmçinin turnirin tarixində bir mövsümdə ən çox məhsuldar ötürmə (21) rekordunu müəyyənləşdirib. “Qırmızı şeytanlar” Premyer Liqanın ötən mövsümünü üçüncü pillədə başa vurub.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"