14 iyul 2026. Çərşənbə axşamı

“Liverpul” baş məşqçisi Arne Slotla yollarını ayırıb


“Liverpul” baş məşqçisi Arne Slotla yollarını ayırıb

“Liverpul” klubu Arne Slotun baş məşqçi vəzifəsindən azad edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubun yaydığı bəyanatda deyilir:

“‘Liverpul’ Futbol Klubu Arne Slotun baş məşqçi postunu dərhal qüvvəyə minən qərarla tərk etdiyini təsdiqləyir. Yeni baş məşqçinin təyin olunması prosesi artıq başlanıb.

O, komandadan İngiltərə çempionu titulu qazanmış məşqçi kimi ayrılır. Arne Slota xidmətlərinə görə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.

Arne Slot 2024-cü ilin yayından etibarən Mersisayd təmsilçisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında “Liverpul” 2024/2025 mövsümündə İngiltərə çempionu olub.

Cari mövsümün yekununda “qırmızılar” 60 xal toplayaraq turnir cədvəlində beşinci pillədə qərarlaşıblar.

“Liverpul”a gəlməzdən əvvəl Arne Slot Niderlandın “Feyenoord” klubunun baş məşqçisi vəzifəsində çalışıb.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"