22 iyun 2026. Bazar ertəsi

Tottenhem'da ciddi itki


Tottenhem'da ciddi itki
İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində “Brayton”a 0:3 hesabı ilə məğlub olan “Tottenhem” bu oyunda həm də ciddi itki ilə üzləşib.

Corne r.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London klubunun qapıçısı Uqo Lyoris sıradan çıxıb. 
 
Oyunun 9-cu dəqiqəsində dirsəyindən zədələnən futbolçu, meydanı erkən tərk edib. Futbolçunun vəziyyəti və sağalma müddəti ilə bağlı məlumatın növbəti həftə olacaq həkim müayinəsindən sonra dəqiqləşəcəyi bildirilir.
 
İngiltərə mətbuatı fransalı qapıçının qolunun çıxdığını və futbolçunun azı iki ay yaşıl meydanlardan uzaq qalacağını bildirir.






İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər