17 iyul 2026. Cümə

Ceyms Milner futbolçu karyerasını başa vurdu


Ceyms Milner futbolçu karyerasını başa vurdu

İngiltərə Premyer Liqasının “Brayton” klubunun futbolçusu Ceyms Milner 40 yaşında karyerasını bitirdiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edərək futbolla vidalaşdığını bildirib.

Milner açıqlamasında qeyd edib: “Premyer Liqada keçirdiyim 24 mövsümdən sonra futbolçu karyeramı başa vurmağın vaxtının çatdığını düşünürəm. Uşaqlıqdan dəstəklədiyim ‘Lids Yunayted’də 16 yaşımda debüt etməyimdən və Premyer Liqanın ən gənc qolçularından biri olmağımdan tutmuş, 40 yaşımda ‘Brayton’un Avropa turnirlərinə vəsiqə qazanmasına töhfə verməyimə qədər olan yolumu heç vaxt təsəvvür edə bilməzdim.”

 Qeyd edək ki,Premyer Liqa tarixində ən çox oyun keçirən futbolçulardan biri olan Milner karyerası ərzində 3 dəfə İngiltərə çempionu olub.

40 yaşlı Milner karyerası ərzində “Brayton”la yanaşı “Lids Yunayted”, “Nyukasl”, “Aston Villa”, “Mançester Siti” və “Liverpul” klublarında da çıxış edib.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi