2 iyun 2026. Çərşənbə axşamı

“Liverpul”un yeni baş məşqçisi müəyyənləşdi


“Liverpul”un yeni baş məşqçisi müəyyənləşdi

İngiltərənin “Liverpul” klubu baş məşqçi postuna yeni təyinat həyata keçirməyə hazırlaşır.

 90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O Mersisayd təmsilçisini növbəti mövsümdən etibarən ispaniyalı mütəxəssis Andoni İraola çalışdıracağını və son 48 saat ərzində tərəflər arasında intensiv danışıqlar aparıldığını və şəxsi müqavilə şərtləri üzrə razılıq əldə olunduğunu qeyd edib.

Hazırda yalnız son prosedurların tamamlanması gözlənilir.

Qeyd edək ki, Andoni İraola son olaraq İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”un baş məşqçisi olub. “Liverpul”u isə son dönəmdə niderlandlı mütəxəssis Arne Slot çalışdırırdı. Klub rəhbərliyi mayın 30-da onunla yollarını ayırıb.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu
Konate “Liverpul”dan ayrılır
  • İngiltərə P.L.
  • 22:49 31.05.2026
Konate “Liverpul”dan ayrılır
"Arteta mənə peşəkar baxımdan ilham verir"
  • İngiltərə P.L.
  • 20:33 30.05.2026
"Arteta mənə peşəkar baxımdan ilham verir"