8 noyabr 2026. Bazar günü

“Nyukasl” Fabian Şerlə müqaviləni uzadıb


“Nyukasl” Fabian Şerlə müqaviləni uzadıb

“Nyukasl” və İsveçrəli müdafiəçi Fabian Şer müqavilənin müddətini uzadıblar.

90deqiqe.Az xəbər verir ki, yeni razılaşmaya əsasən, təcrübəli futbolçu gələn ilin yayına qədər komandanın formasını geyinəcək. Onun əvvəlki müqaviləsinin müddəti isə cari ilin iyun ayının sonunda başa çatırdı.

34 yaşlı Şer hazırkı “Nyukasl” heyətinin ən uzun müddətdir komandada çıxış edən futbolçularından biridir. O, 2018-ci ildən etibarən klubun uğurları üçün mübarizə aparır.

“Vil” futbol məktəbinin yetirməsi olan müdafiəçi karyerası ərzində “Bazel”, “Hoffenhaym” və “Deportivo” komandalarının da formasını geyinib.

Şer ötən mövsüm bütün turnirlər daxil olmaqla 21 oyunda meydana çıxıb və bir dəfə rəqib qapılarına yol tapıb.

“Nyukasl” isə mövsümü İngiltərə Premyer Liqasında 12-ci pillədə başa vuraraq avrokuboklara vəsiqə qazana bilməyib.

Daha əvvəl yayılan məlumatlara görə, futbolçunun komandada saxlanılmasını klubun baş məşqçisi xüsusilə vacib hesab edirdi.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”