- İngiltərə P.L.
- 22:50 02.06.2026
Marku Silva “Fulhem” klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis son beş il ərzində “Fulhem”ə rəhbərlik edib. Komanda başa çatan mövsümdə 52 xal toplayaraq İngiltərə Premyer Liqasını 11-ci pillədə tamamlayıb. London təmsilçisi avrokuboklara vəsiqə verən zonadan cəmi bir xal geri qalıb.
Kütləvi informasiya vasitələri Silvanın Portuqaliyanın ən nüfuzlu klublarından biri olan “Benfika”ya keçəcəyini yazırlar. Son məlumatlara görə, 48 yaşlı çalışdırıcı Lissabon təmsilçisi ilə prinsipial razılıq əldə edib.
Bildirilir ki, Silva Madrid “Real”ına yollanacağı deyilən Joze Mourinyonu əvəzləməyə əsas namizəddir.