- İngiltərə P.L.
- 23:09 04.06.2026
“Çelsi” əsas sponsor tapmaqda çətinlik çəkir.
90deqiqe.Az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, potensial sponsorlar London klubu ilə mümkün əməkdaşlığı illik 30 milyon funt sterlinq dəyərində qiymətləndirirlər. Lakin bu məbləğ “Çelsi” rəhbərliyini qane etmir.
Belə ki, klub əsas sponsorluq müqaviləsindən ildə 60 milyon funt sterlinq gəlir əldə etmək niyyətindədir. Tərəflərin gözləntiləri arasında ciddi fərq olduğundan, sponsor axtarışlarının yenidən uzanacağı ehtimal edilir.
Qeyd edək ki, “Çelsi” ötən mövsüm avrokuboklara vəsiqə qazana bilməyib. Komanda İngiltərə Premyer Liqasının 38-ci turunda “Sanderlend”ə məğlub olaraq Konfrans Liqasına vəsiqə şansını da əldən verib.