8 noyabr 2026. Bazar günü

“Liverpul” baş məşqçi postunu İraolaya həvalə etdi


“Liverpul” baş məşqçi postunu İraolaya həvalə etdi

İngiltərənin “Liverpul” klubu baş məşqçi vəzifəsinə Andoni İraolanı təyin edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında bildirilib.

Məlumata görə, 43 yaşlı ispan mütəxəssis ilə 2026-27 mövsümünü əhatə edən müqavilə imzalanıb.

İraola bundan əvvəl AEK Larnaka, “Mirandes” və “Rayo Valyekano” komandalarını çalışdırıb. O, son üç mövsümdə isə “Bornmut”a rəhbərlik edib. Onun rəhbərliyi altında Premyer Liqada ötən mövsüm 6-cı yeri tutan “Bornmut” Avropa Liqasına vəsiqə qazanıb.

“Liverpul” isə ötən mövsüm böyük transferlərə baxmayaraq gözlənilən nəticəni göstərə bilməyib. Komanda Premyer Liqanı 5-ci pillədə başa vurub, UEFA Çempionlar Liqasında isə 1/4 final mərhələsində mübarizəni dayandırıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”