6 iyun 2026. Şənbə

Tomas Frank məşqçilik karyerasında fasilə verdi


Tomas Frank məşqçilik karyerasında fasilə verdi

“Tottenhem”in sabiq baş məşqçisi Tomas Frank yaxın aylarda məşqçilik fəaliyyətinə qayıtmaq niyyətində olmadığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, danimarkalı mütəxəssis bu barədə İngiltərə Məşqçilər Assosiasiyası vasitəsilə yayılan açıqlamasında bildirib.

Frankın sözlərinə görə, o, yeni klub seçimi ilə bağlı tələsmək istəmir və hazırda fasilə verməyi daha məqsədəuyğun hesab edir.

Qeyd edək ki, 52 yaşlı çalışdırıcı fevral ayında “Tottenhem”dəki vəzifəsindən azad edilmişdi. London klubu onun rəhbərliyi altında keçirdiyi 8 oyundan qələbə qazana bilməmişdi.

Buna baxmayaraq, Frankın adı Premyer Liqa klubları – “Fulhem” və “Kristal Pelas”la da hallanırdı. Lakin mütəxəssis bu təklifləri qəbul etməyib.

“Yeni klubla bağlı qərarı tələsmədən vermək istəyirəm. Bu yay məşqçiliyə qayıtmaq üçün uyğun deyil. Vaxtı gəldikdə, tam enerji ilə geri dönəcəyəm”, - deyə Frank bildirib.

Məlumata görə, 2026-cı il dünya çempionatı zamanı Tomas Frank BBC telekanalında futbol eksperti kimi fəaliyyət göstərəcək.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu