6 iyun 2026. Şənbə

"O, tarixin ən yaxşı oyunçusu və mənim kumirimdir"


"O, tarixin ən yaxşı oyunçusu və mənim kumirimdir"

"Mançester Siti"nin yarımmüdafiəçisi Rayan Şerki "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonu futbol tarixinin ən yaxşı oyunçusu adlandırıb.

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçu bu barədə "Telefoot" nəşrinə müsahibəsində danışıb.

"Ronaldo tarixin ən yaxşı futbolçusudur. O, mənim kumirimdir və mənə ən çox ilham verən şəxsdir", - deyə Şerki bildirib.

Qeyd edək ki, 41 yaşlı Kriştiano Ronaldo daha əvvəl Portuqaliya millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyətinə daxil edilib. Bu, ulduz futbolçunun ardıcıl altıncı dünya çempionatı olacaq.

Təcrübəli hücumçu milli komandalar səviyyəsində vurduğu qolların sayına görə dünya rekordçusudur. Onun aktivində Portuqaliya millisinin heyətində keçirdiyi 226 oyunda 143 qol var.

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın seçmə mərhələsində K qrupunda Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya yığmaları ilə mübarizə aparacaq.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu