25 sentyabr 2026. Cümə

“Çempionlar Liqası uğursuzluq ölçüsü olmamalıdır”


“Çempionlar Liqası uğursuzluq ölçüsü olmamalıdır”

“Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiola “Barselona”nın mövsümünü dəyərləndirərkən Çempionlar Liqasındakı nəticələrin həddindən artıq şişirdilməməli olduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis turnirin klubların layihələrinə bəzən mənfi təsir göstərdiyini qeyd edib.

"Çempionlar Liqası layihələri dağıdır. Ümid edirəm ki, “Barselona”da belə olmayacaq və insanlar yalnız bu turnirdə qələbə olmadığına görə mövsümün pis keçdiyini düşünməyəcəklər", - deyə Qvardiola bildirib.

O, La Liqanın sabitlik baxımından daha önəmli olduğunu vurğulayıb.

"La Liqada sabitlik var. Çempionlar Liqası isə mövsümün sonuna doğru yaxşı formada olmaq, zədələrdən uzaq qalmaq və bir çox amillərdən asılı olan turnirdir. Hətta hakimlərin də böyük təsiri olur", - deyə o əlavə edib.

Qvardiola həmçinin komanda inkişafının və gündəlik sabitliyin əsas prioritet olduğunu bildirib.

"Əsas odur ki, hər gün yaxşı keçsin, komanda inkişaf etsin. Finala çıxmamaq və ya finalı uduzmaq mövsümü uğursuz etmir. Mövsümün əsas göstəricisi çempionatdakı tituldur", - deyə mütəxəssis vurğulayıb.







İngiltərə P.L.

“Arsenal”ın oyununda hakim səhv edib
  • İngiltərə P.L.
  • 23:28 23.09.2026
“Arsenal”ın oyununda hakim səhv edib
“Sanki futbol oynamaqdan zövq almır”
  • İngiltərə P.L.
  • 23:24 21.09.2026
“Sanki futbol oynamaqdan zövq almır”