9 iyun 2026. Çərşənbə axşamı

“Liverpul”un sabiq futbolçusu karyerasını başa vurdu


“Liverpul”un sabiq futbolçusu karyerasını başa vurdu

Belçika millisinin və “Liverpul”un sabiq hücumçusu Divok Origi peşəkar futbolçu karyerasını bitirdiyini elan edib.

90deqiqe.Az-ın məlumata görə, 31 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək qərarını açıqlayıb və karyerasına dair fikirlərini bölüşüb.

“Mənim futbol missiyam tamamlandı. Uşaqlıqdan ən böyük turnirlərdə oynamaq və ən nüfuzlu titulları qazanmaq arzusunda idim. Buna görə Allaha minnətdaram. Dünyanın hər yerindən mənə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Hər qol və hər unudulmaz an bizimlə qalacaq”, - deyə Origi bildirib.

Futbolçu onu dəstəkləyən klublara, məşqçilərə və komanda yoldaşlarına da təşəkkür edib:

“Bütün klublara, məşqçilərə və komanda yoldaşlarıma minnətdaram. Sizi həm meydanda, həm də meydandan kənarda məni formalaşdırdınız”.

Qeyd edək ki, Origi karyerası ərzində “Liverpul”la yanaşı, “Lill”, “Volfsburq”, “Milan” və “Nottingem Forest” klublarının da formasını geyinib. O, Belçika millisinin heyətində çıxış etməklə yanaşı, beynəlxalq arenada da diqqətçəkən nəticələr əldə edib.







İngiltərə P.L.