- İngiltərə P.L.
- 22:52 09.06.2026
“Çelsi” klubunun sabiq futbolçusu Co Koul komandanı “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu transfer etməyə çağırıb.
90deqiqe.Az-ın məlumatına görə, o, bu barədə açıqlamasında bildirib ki, əsas məsələ futbolçunun maaşı və dəyərinin düzgün qiymətləndirilməsidir.
“Reşford bir çox göstəricilərinə görə “Çelsi”yə uyğundur, lakin onun üçün çox böyük məbləğ xərcləmək istəməzsiniz. O, bu komandanın oyun sisteminə yaxşı uyğunlaşa bilər. Bu, “Çelsi”nin araşdırmalı olduğu bir futbolçudur, lakin hər şey razılaşmanın şərtlərindən asılı olacaq”, – deyə Co Koul qeyd edib.
2025/26 mövsümündə Markus Reşford icarə əsasında İspaniyanın “Barselona” klubunda çıxış edib. Hücumçu Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 49 oyuna çıxaraq 14 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.