17 iyul 2026. Cümə

"Dünyanın ən yaxşı futbolçusu olmaq istəyirəm”


"Dünyanın ən yaxşı futbolçusu olmaq istəyirəm”

“Çelsi” klubunun hücumçusu Estevao öz hədəflərindən danışaraq dünyanın ən yaxşı futbolçusu olmaq istədiyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu qeyd edib ki, əsas məqsədi dünya futbolunun ən yaxşısı olmaq, Çempionlar Liqasını və dünya çempionatını qazanmaqdır.

“Bu mənim ambisiyamdır. Hər gün bunun üçün çalışıram. Addım-addım irəliləyirəm. Hər gün davamlılıq göstərərək düzgün qidalanmağa, yaxşı məşq etməyə və kifayət qədər istirahət etməyə çalışıram”, – deyə Estevao bildirib.

Xatırladaq ki, braziliyalı futbolçu aprel ayında İngiltərə çempionatı çərçivəsində “Mançester Yunayted”ə qarşı keçirilən oyunda budun arxa əzələsindən ciddi zədə almışdı.

2025/26 mövsümündə Estevao “Çelsi”nin heyətində bütün turnirlərdə 36 matçda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi