12 iyun 2026. Cümə

Kiran Makkena “İpsviç”lə yollarını ayırdı


Kiran Makkena “İpsviç”lə yollarını ayırdı

“İpsviç”in baş məşqçisi Kiran Makkena məşqçilik fəaliyyətinə fasilə vermək qərarı alıb və komandanın baş məşqçisi vəzifəsindən ayrılıb.

 90deqiqe.Az-ın məlumata görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssis son beş il ərzində “İpsviç”də çalışıb. O, komandanı İngiltərə Premyer Liqasına yüksəltməyə nail olub, daha sonra isə kollektiv yenidən aşağı dəstəyə yuvarlanıb.

Makkena 2015–2021-ci illərdə “Tottenhem” (2015–2018) və “Mançester Yunayted”in (2018–2021) məşqçilər korpusunda fəaliyyət göstərib.

Qeyd edək ki, portuqaliyalı Marku Silvanın “Fulhem”dən ayrılmasından sonra Kiran Makkenanın London klubunun baş məşqçi postuna əsas namizədlərdən biri olduğu bildirilirdi.

“İpsviç” ötən mövsüm Çempionşipi ikinci pillədə başa vuraraq, elit divizionu tərk etdikdən cəmi bir il sonra yenidən Premyer Liqaya vəsiqə qazanıb.







İngiltərə P.L.