- İngiltərə P.L.
- 22:46 17.06.2026
"Çelsi"nin əfsanəvi kapitanı Con Terri Mark Kukurelyanın "Real Madrid"ə transferini şərh edib.
90deqiqe.Az xəbər verir ki, sabiq müdafiəçi ispaniyalı futbolçunun London klubundan ayrılmasını ciddi itki kimi qiymətləndirib.
"Kukurelya "Çelsi" üçün böyük itki olacaq. O, son iki-üç ildə komandamızın ən yaxşı futbolçularından biri idi. Düşünürəm ki, Xabi Alonso üçün də vəziyyət ideal deyil. O, yeni komandaya gəlir, amma ən yaxşı oyunçulardan biri artıq ayrılır", - deyə Terri bildirib.
O, həmçinin futbolçunun uzun müddətdir Madrid klubuna keçmək istədiyini vurğulayıb:
"Kukurelya bu barədə yaxın zamanda danışmışdı. Görünür, "Real"a transfer olmaq onun arzusu idi. Ona yalnız uğurlar arzulayıram".
Xatırladaq ki, "Real Madrid" 27 yaşlı müdafiəçinin transferi üçün "Çelsi"yə 55 milyon avro ödəyib. İspaniyalı futbolçu 2022-ci ildən London klubunun formasını geyinirdi.