- İngiltərə P.L.
- 22:13 18.06.2026
İngiltərə Premyer Liqasına vəsiqə qazanan "Hall Siti" ciddi problemlə üz-üzə qalıb.
90deqiqe.Az xarici mətbuata istinadən xəbər verir ki, klub maliyyə "fair-play" qaydalarını pozmaqda şübhəli bilinir. Məlumata görə, "pələnglər" müəyyən edilmiş limitdən təxminən 7-8 milyon avro artıq xərc çəkiblər.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Qaydaların pozulduğu təsdiqlənərsə, "Hall Siti" yeni mövsümə turnir cədvəlində altı xal silinməsi ilə başlaya bilər.
Klub rəhbərliyi mümkün sanksiyadan yayınmaq üçün bəzi futbolçuları icarəyə göndərməyi nəzərdən keçirir. Lakin Premyer Liqaya qayıdış fonunda heyətin geniş saxlanılması da komanda üçün vacib amillərdən biri hesab olunur.
Qeyd edək ki, "Hall Siti" uzun fasilədən sonra yenidən İngiltərənin elit futbol liqasına yüksəlməyi bacarıb.