14 iyul 2026. Çərşənbə axşamı

"Reşfordun qayıdışı həm klub, həm də özü üçün doğru qərar olmalıdır"


"Reşfordun qayıdışı həm klub, həm də özü üçün doğru qərar olmalıdır"

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr hücumçu Markus Reşfordun komandaya mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bildirib ki, Reşfordla uzun illərə söykənən yaxşı münasibətləri var və onun hansı səviyyəli oyunçu olduğunu hər kəs bilir.

"Markusla münasibətlərim çox yaxşıdır və illər ərzində birlikdə çox gözəl anlar yaşamışıq. Onun necə yüksək səviyyəli futbolçu olduğunu bilirəm. Düşünürəm ki, burada əsas məsələ klubla Markusun hər iki tərəfi qane edəcək qərara gəlməsidir.

Əlbəttə, Markus geri qayıtsa, onun oynamasını, xoşbəxt və özünəinamlı olmasını istəyərik. Bu qərar həm onun, həm də klub üçün doğru olmalıdır. Hər kəs bilir ki, Markus gələn mövsüm çıxış edəcəyi istənilən komanda üçün çox dəyərli futbolçu ola bilər", - deyə Harri Maquayr bildirib.

Markus Reşford 2025/2026 mövsümündə "Barselona"nın heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.

Hücumçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"