17 iyul 2026. Cümə

"Mançester Yunayted" Uqartenin zədəsi ilə bağlı açıqlama yaydı


"Mançester Yunayted" Uqartenin zədəsi ilə bağlı açıqlama yaydı

"Mançester Yunayted" zədələnən yarımmüdafiəçisi Manuel Uqarte ilə bağlı rəsmi açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, uruqvaylı futbolçunun dizinin çarpaz bağları qopub. Bu səbəbdən Uqarte 9-12 ay yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Manuel Uqarte zədəsini 2026-cı il dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Uruqvay və İspaniya milliləri arasında keçirilən oyunda alıb. Ağır zədə alan futbolçu meydanı xərəkdə tərk edib.

"Klubumuzda hər kəs Manuelə tezliklə sağalmağı arzulayır və bərpa prosesinin hər mərhələsində ona dəstək olacaq", - deyə "Mançester Yunayted"in açıqlamasında bildirilib.

Uqarte ötən mövsüm "Mançester Yunayted"in heyətində 24 oyunda iştirak etsə də, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi