14 iyul 2026. Çərşənbə axşamı

UEFA "Aston Villa"nı 22,5 milyon avro cərimələdi


UEFA "Aston Villa"nı 22,5 milyon avro cərimələdi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İngiltərənin "Aston Villa" klubunu heyətin maliyyə xərcləri qaydasını pozduğuna görə cərimələyib.

90deqiqe.Az xəbər verir ki, klub ümumilikdə 22,5 milyon avro məbləğində cərimə ödəyəcək. Bunun 7,5 milyon avrosu təminatlı ödəniş hesab olunur. Qalan 15 milyon avro isə şərti xarakter daşıyır və yalnız klubun maliyyə göstəriciləri pisləşəcəyi təqdirdə tətbiq ediləcək.

Bildirilir ki, 2025-ci ilin yekunlarına əsasən "Aston Villa"nın heyət xərcləri UEFA tərəfindən müəyyən edilən 70 faizlik limitdən artıq olub. Bununla belə, klub rəhbərliyi göstəricilərin 2024-cü illə müqayisədə yaxşılaşdığını açıqlayıb.

Qeyd edək ki, bu, "Aston Villa"nın UEFA qaydalarını pozduğuna görə aldığı ikinci cərimədir. Klub bir il əvvəl də 11 milyon avro məbləğində cərimələnmişdi.

UEFA tarixində daha böyük cərimə yalnız Fransanın "Strasburq" klubuna tətbiq olunub — həmin klub 25 milyon avro cərimə olunmuşdu.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"