15 iyul 2026. Çərşənbə

Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı


Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı

"Nottingem Forest" baş məşqçi Vitor Pereyra ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis klubda altı aydan da az müddət çalışıb.

Vitor Pereyra 2026-cı ilin fevralında "Nottingem Forest"in baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda İngiltərə Premyer Liqasında yerini qorumağı bacarıb. Bundan əlavə, "meşəçilər" Avropa Liqasında yarımfinala qədər irəliləyərək yalnız sonradan turnirin qalibi olan Unai Emerinin rəhbərlik etdiyi "Aston Villa"ya məğlub olublar.

Klub rəhbərliyi yaydığı açıqlamada Pereyraya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Nottingem Forest"in yeni baş məşqçisinin Oliver Qlasner olacağı gözlənilir. Bu barədə daha əvvəl etibarlı mənbə kimi tanınan insayder Fabritsio Romano məlumat vermişdi. Qlasner son olaraq "Kristal Pelas"ı çalışdırıb və bu komanda ilə üç titul qazanıb.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"