13 iyul 2026. Bazar ertəsi

“Nottingem Forest” yeni baş məşqçisini tapdı


“Nottingem Forest” yeni baş məşqçisini tapdı

Avstriyalı mütəxəssis Oliver Qlasner “Nottingem Forest” klubunun baş məşqçisi vəzifəsinə təyin olunmağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, 51 yaşlı mütəxəssis klubla üçillik müqavilə imzalayacaq. Bu anlaşma onu “Nottingem Forest” tarixinin ən yüksək maaş alan baş məşqçisi edəcək. Eyni zamanda Qlasner İngiltərə Premyer Liqasında ən çox qazanan məşqçilər sırasında yer alacaq.

Hazırda Unai Emeri, Andoni İraola, Enzo Mareska və Roberto De Dzerbi illik 11–14 milyon avro aralığında gəlir əldə edirlər. Qlasnerin maaşı isə bu rəqəmlərdən bir qədər aşağı olacaq.

Qeyd edək ki, avstriyalı mütəxəssis “Kristal Pelas”da çalışdığı müddətdə komanda ilə 3 titul qazanıb, o cümlədən İngiltərə Kuboku və Konfrans Liqası.

Əgər təyinat baş tutarsa, Qlasner son bir il ərzində “Nottingem Forest”in beşinci baş məşqçisi olacaq. Ondan əvvəl komandaya Nunu Eşpiritu Santu, Anje Postekoqlu, Şon Dayç və Vitor Pereyra rəhbərlik edib.







İngiltərə P.L.

Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
  • İngiltərə P.L.
  • 22:38 08.07.2026
"Xabi Alonso "Çelsi"də uğur qazanacaq"
Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı