3 iyul 2026. Cümə

"Keyn "Qızıl top"u qazanmağa layiqdir"


"Keyn "Qızıl top"u qazanmağa layiqdir"

“Liverpul” və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karrager “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az  xəbər verir ki, Karrager “The Telegraph” nəşrinə açıqlamasında bu il “Qızıl top”un Harri Keynə verilməli olduğunu bildirib. Onun sözlərinə görə, ingilis hücumçu göstərdiyi performansla bu nüfuzlu mükafata layiqdir.

Bununla belə, ekspert qeyd edib ki, bütün uğurlarına baxmayaraq Keynin mükafatı qazanması çətin görünür:

“Dünya çempionatı ilində ‘Qızıl top’ demək olar ki, turniri qazanan ölkənin futbolçusuna verilir. İngiltərənin bu il mundialı qazanacağına dair əsasım yoxdur”, – deyə Karrager bildirib.

Qeyd edək ki, Harri Keyn DÇ-2026-da İngiltərə millisinin heyətində keçirdiyi 4 oyunda 5 qol vurub. İngiltərə yığması turnirin 1/8 finalına yüksəlib və Meksika millisi ilə qarşılaşacaq.







İngiltərə P.L.

"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər